Cibgirlik edən Tərlan Babayev
19 fevral 2021 14:18 (UTC +04:00)

Cibgirlik edən Tərlan Babayev

Bakıda avtobuslarda cibgirlik edən şəxs tutuldu - FOTO

Bakıda avtobuslarda cibgirlik edilib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində həmin cinayətləri etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Tərlan Babayev tutulub. Araşdırma zamanı onun əsasən insanların avtobusda və dayanacaqlarda sıx olduğu vaxtlarda həmin nəqliyyat vasitələrinə sərnişin kimi daxil olaraq oğurluqlar etdiyi məlum olub. Polis idarəsində saxlanılan şəxsin üzərinə baxış zamanı cibgirlik yolu ilə ələ keçirdiyi mobil telefonlar və 1 büküm narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. T.Babayev barəsində Nəsimi rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis orqanlarına və ya DİN-in 102 xidmətinə məlumat verə bilərlər.

# 1608
avatar

Mehman Nəbiyev

Oxşar yazılar