Bakıda arvadını öldürən kişinin məhkəməsi başlayır
23 may 2023 09:49 (UTC +04:00)

Bakıda arvadını öldürən kişinin məhkəməsi başlayır

Bakıda arvadını öldürməkdə təqsirləndirilən Aydın Məmmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Mahmud Ağalarovun icraatına verilib.

Qeyd edək ki, fevralın 11-də saat 7 radələrində Xəzər rayonu Binə qəsəbəsində 1968-ci il təvəllüdlü Pakizə Məmmədovanın yaşadığı ünvanda münaqişə zəminində kəsici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

Araşdırmalarla cinayət əməlini törədən qadının həyat yoldaşı 1967-ci il təvəllüdlü Aydın Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşları tərəfindən A.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1972

Oxşar yazılar