Bakı sakinini girov götürüb 2000 manat  istədilər
07 aprel 2022 12:00 (UTC +04:00)

Bakı sakinini girov götürüb 2000 manat istədilər

Bakıda kişi girov götürülüb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə aprelin 4-də Sabunçu qəsəbəsi ərazisində baş verib. Bu barədə zərərçəkmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Paşazadə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciətində bildirib. Onun sözlərinə görə, qeyd olunan gün bir nəfər onu Sabunçu qəsəbəsi ərazisində yerləşən evə apararaq 2 gün orada saxlayıb narkotik vasitələr satmasını təklif edib. Razı olmadığı üçün isə mobil telefonunu alıb digər şəxslə birlikdə döyüb videoçəkiliş aparıblar və buraxılması müqabilində 2000 manat pul tələb ediblər.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Etibar Rzayev və  Valeriy Şuşkov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4407
avatar

Mehman Nəbiyev

Oxşar yazılar