Azərbaycanlı "oğru"ların ad verdiyi avtoritetə 10 il  HƏBS
24 dekabr 2021 12:06 (UTC +04:00)

Azərbaycanlı "oğru"ların ad verdiyi avtoritetə 10 il HƏBS

Moskva şəhər məhkəməsi “İka Rostovski” ləqəbli “qanuni oğru” İrakli Cabua haqqında hökm çıxarıb.

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, o, 10 il azadlıqdan məhrum edilib. Məlumata görə, onun Rostovski ləqəbini almasına səbəb bu şəhəri nəzarətdə saxlaması imiş.

Qeyd edək ki, “İka Rostovski” 2014-cü ildə “qanuni oğru” adını alıb. Ona bu adın verilməsində “Rövşən Lənkəranski”, “Zaur Naxçıvanski” və “Hacı Beyləqanski” iştirak ediblər.

# 2370
avatar

Mehman Nəbiyev

Oxşar yazılar