Azərbaycanlı Madonna 2 kişi ilə anbarı qarət etdi -  FOTO
09 fevral 2021 10:15 (UTC +04:00)

Azərbaycanlı Madonna 2 kişi ilə anbarı qarət etdi - FOTO

Qaxda naməlum şəxslər taxıl anbarından 1 tona yaxın qarğıdalı oğurlayıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən üç nəfər- Cəbrayıl rayon sakini Zaur Heydərov, Qax rayon sakinləri Elşən Əfəndiyev və Madonna Kuloşvili saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər oğurladıqları qarğıdalını Elşən Əfəndiyevin yaşadığı ünvanda həyətyanı sahədəki tikilidə gizlədiblər və bir müddət keçdikdən sonra satmaq niyyətində olublar. Polis əməkdaşlarının keçirdiyi operativ tədbirlərlə qarğıdalı kisələri də gizlətdikləri yerdən götürülərək istintaqa təqdim edilib.

Faktla bağlı Qax rayon Polis Şöbəsində cinayət işi başlanılıb, həmin şəxslərin digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır

# 3768
avatar

Mehman Nəbiyev

Oxşar yazılar