Rusiyanın Tula vilayətində yanacaqdoldurma məntəqəsində tanışını qətlə yetirən azərbaycanlı 9,5 il müddətinə azadlıqdan məhrum edilib.
Lent.az yerli mediaya istinadla bildirir ki, Çernski rayon sakini yanacaqdoldurma məntəqəsində tanışını qətlə yetirməkdə təqsirli bilinib.
Hadisə aprelin 30-da səhər saatlarında baş verib. Rusiya vətəndaşlığını almış Azərbaycan əsilli kişilər Plavski rayonu ərazisində, M-2 Krım şosesində yerləşən yanacaqdoldurma məntəqəsində qısqanclıq zəminində mübahisə ediblər. Biri sevgilisini digərinə qısqanıb. Mübahisə getdikcə böyüyəndə 36 yaşlı kişi bıçağı çıxararaq rəqibinin baş, boyun və gövdə nahiyəsinə çoxsaylı bıçaq zərbələri endirib.
Nəticədə 43 yaşlı zərərçəkən hadisə yerində ölüb.
Məhkəmənin hökmü ilə azərbaycanlı azərbaycanlı 9,5 il müddətinə azadlıqdan məhrum edilib, cəzasını ciddi rejimli koloniyada çəkəcək. Məhkəmənin hökmü qanuni qüvvəyə minməyib.