Azərbaycanlı iş adamlarını öldürənlərin məhkəməsində  QAN DÜŞDÜ
15 aprel 2022 12:52 (UTC +04:00)

Azərbaycanlı iş adamlarını öldürənlərin məhkəməsində QAN DÜŞDÜ

19 il əvvəl iki Azərbaycan vətəndaşını qətlə yetirməkdə təqsirləndirilən Dərbənd sakinləri Ənvər Babayev və İrzakuli Dadaşovun cinayət işi üzrə Moskva vilayətinin Lyubertsı Şəhər Məhkəməsində keçirilən prosesdə gözlənilməz hadisə baş verib.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, təqsirləndirilən şəxslər, “buna şəxsən dövlət ittihamçısı və hakim cavabdeh olacaq”, qışqıraraq məhkəmə zalında damarlarını kəsiblər.

Qeyd edək ki, istintaq zamanı məlum olub ki, Babayev və Dadaşov 2003-cü ildə Azərbaycandan olan iki sahibkarı taxta-şalban satmaq adı ilə Dərbənd rayonunun keçmiş icra başçısı Zülfəddin Cəlilovun qardaşının evinə dəvət ediblər. Dərbənd sakinləri sahibkarları öldürərək, meyitlərini yandırıblar.

Vəkilləri onların bu hərəkətini hakim və prokurora qarşı etiraz kimi qiymətləndirib:

“Hakim və prokuror onları müdafiə hüququndan məhrum edir. Qətldə iştirak etmədiklərini sübuta yetirmək üçün əsas şahidlər məhkəməyə buraxılmır”.

Hazırda hər ikisi xəstəxanaya yerləşdirilib. Növbəti məhkəmə prosesi aprelin 15-nə təyin edilib.

Onlarla şərik olduğu iddia edilən Zülfidin Cəlilov isə beynəlxalq axtarışdadır.
 

# 6087
avatar

Rəsul SARI

Oxşar yazılar