Azərbaycanlı iş adamını  ürəyindən vurub   öldürdülər
01 aprel 2023 10:53 (UTC +04:00)

Azərbaycanlı iş adamını ürəyindən vurub öldürdülər

Türkiyədə azərbaycanlı qətlə yetirilib.

Lent.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, hadisə paytaxt Ankarada, Yeniməhəllə qəsəbəsində qeydə alınıb. Tütün məmulatları satan 30 yaşlı Şamil Xalidlə şəriki Ahmet Dikbaş arasında mübahisə yaranıb. Mübahisə zamanı A. Dikbaş Şamilin qasıq nahiyəsinə tapança ilə atəş açıb. Yaralanan Şamil qaçaraq, meyvə-tərəvəz dükanında gizlənsə də, şəriki orada bu dəfə onun ürəyinə 3 dəfə atəş açaraq, həyatına son qoyub.

İlkin məlumata görə, hadisəyə səbəb şəriklərin pul bölgüsü olub.

A. Dikbaş polis tərəfindən saxlanılıb araşdırma aparılır.

# 7161
avatar

Mehman Nəbiyev

Oxşar yazılar