Biləsuvarda qohumu tərəfindən güllələnən kişi ölüb.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyindən bildirilib. Məlumata görə, ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən Ə. Abdullayev göstərilən tədbirlərə baxmayaraq, dünyasını dəyişib.
***
Saat: 10:49
Mayın 24-də saat 10 radələrində Biləsuvar rayonu Çinarlı kəndi ərazisində 51 yaşlı Əsgər Musa oğlu Abdullayevin ov tüfəngindən açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 48 yaşlı Cavid İdrıs oğlu Həmidov saxlanılıb. Hadisə barədə polisi özü məlumatlandırıb.
Onlar qohumdur, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Ə.Abdullayev xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Araşdırma aparılır.