Azərbaycanda kişi qardaşı arvadı və övladlarını ÖLÜMLƏ HƏDƏLƏDİ
06 sentyabr 2022 16:24 (UTC +04:00)

Azərbaycanda kişi qardaşı arvadı və övladlarını ÖLÜMLƏ HƏDƏLƏDİ

Sabirabadda qadın ölümlə hədələnib.

Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Qarağac kənd sakini olan bir qadın və övladları ölümlə hədələniblər. Bu barədə Sabirabad rayon Polis Şöbəsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən həmin qadının qaynı R.Süleymanov müəyyən edilərək saxlanılıb. Ondan qanunsuz saxladığı “İJ” markalı  ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

# 2769
avatar

Mehman Nəbiyev

Oxşar yazılar