Azərbaycanda "insan alverçi"ləri cəzaları ilə razılaşmadı,  daha da artırıldı
24 dekabr 2022 14:05 (UTC +04:00)

Azərbaycanda "insan alverçi"ləri cəzaları ilə razılaşmadı, daha da artırıldı

İnsan alverinə görə təqsirli bilinən şəxslərin cəzası ağırlaşdırılıb.

Lent.az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində dövlət ittihamçısının protestinə, həmçinin, “İnsan alverçiləri” Şirin Məmmədova və Aynur Fərruxovanın, habelə hüquq müdafiəçisi Dilsuz Məmmədovun verdikləri apelyasiya şikayətlərinə, Aynur Fərruxova tərəfindən öz apellyasiya şikayətinə edilmiş əlavəyə baxılıb.

İnsan alverçiləri və vəkil Dilsuz Nəmmədov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 dekabr 2022-ci il tarixli Qərarı ilə 10 iyun 2022-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə dəyişiklik edilərək insan alveri cinayəti törətmiş Şirin Məmmədovanın və Aynur Fərruxovanın 3 il müddətinə azadlıqdan məhrum etmə cəzaları “8 il” müddətinə artırılıb.

# 3585
avatar

Mehman Nəbiyev

Oxşar yazılar