Azərbaycanda daha bir  AİLƏ FACİƏSİ:  Kişi keçmiş arvadını...
25 avqust 2021 11:05 (UTC +04:00)

Azərbaycanda daha bir AİLƏ FACİƏSİ: Kişi keçmiş arvadını...

Abşeronda qətl hadisəsi olub.

Rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, avqustun 24-də Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində 26 yaşlı Sultanova Kəmalə Gülmirzə qızının qəsdən öldürülməsi barədə məlumat daxil olub.

Prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirərək, digər prosessual hərəkətlər yerinə yetirib.

Aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri 32 yaşlı Sultanov Nurlan Nazim oğlunun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Kəmalə Sultanovanı yaşadığı evin yaxınlığında qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nurlan Sultanov könüllü olaraq təslim olduqdan sonra şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4890
avatar

Mehman Nəbiyev

Oxşar yazılar