Azərbaycanda cinayətdə şübhəli bilinən 57 nəfər saxlanıldı -  KRİMİNAL XRONİKA
24 iyun 2022 10:28 (UTC +04:00)

Azərbaycanda cinayətdə şübhəli bilinən 57 nəfər saxlanıldı - KRİMİNAL XRONİKA

İyunun 23-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 61-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 10-nun üstünün açılması təmin olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 84, o cümlədən borclu şəxs qismində axtarışda olan 64 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.

# 2136
avatar

Mehman Nəbiyev

Oxşar yazılar