Azərbaycanda bu qadınlar axtarışa verildi - SƏBƏB   - FOTO
13 fevral 2023 15:30 (UTC +04:00)

Azərbaycanda bu qadınlar axtarışa verildi - SƏBƏB - FOTO

İnsan alverində təqsirli bilinən 2 qadın axtarışa verilib.

Lent.az-ın məlumatına görə, axtarışa verilən qadınlar 61 yaşlı Qurbanzadə Şəkər Ağalar qızı və 44 yaşlı Məmmədova Gülnarə Vladimir qızıdır.

Onlarında barəsində Cinayət Məcəlləsinin 144-1-ci (İnsan alveri) maddəsi ilə cinayət işi başlanıb. Hər ikisinin saxlanılması üçün Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən barələrində axtarış elan olunub.

Ş. Qurbanzadə Yevlax, G. Məmmədova isə Lənkəran rayonunda anadan olub.

Qurbanzadə Şəkər Ağalar qızı

Məmmədova Gülnarə Vladimir qızı

# 3561
avatar

Mehman Nəbiyev

Oxşar yazılar