Azərbaycanda axtarışda olan 53 nəfər saxlanıldı
19 mart 2021 09:54 (UTC +04:00)

Azərbaycanda axtarışda olan 53 nəfər saxlanıldı

Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilən 42 cinayətin üstünü “isti izlər”lə açıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin olunub.

Axtarışda olan ümumilikdə 53 nəfər, o cümlədə borclu qismində axtarışda olan 18 nəfər saxlanılaraq, aidiyyatı üzrə təhvil verilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt qeydə alınıb.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.

# 1014
avatar

Mehman Nəbiyev

Oxşar yazılar