Azərbaycanda arvadını öldürən kişi "dəlixana" ya yerləşdirildi
04 noyabr 2021 11:31 (UTC +04:00)

Azərbaycanda arvadını öldürən kişi "dəlixana"ya yerləşdirildi

Salyanda arvadını öldürən Ənvər İsbəndarovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Salyan rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, iyunun 27-də Nuranə İsbəndarovanın qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Salyan rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin əri Ənvər İsbəndarov qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Nuranə İsbəndərovanı qəsdən öldürüb.

Ənvər İsbəndarov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra əvəzinə anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin psixiatrik stasionara yerləşdirilməsi təhlükəsizlik tədbiri tətbiq edilib.

Oktyabrın 20-də cinayəti törədən zaman və hazırda anlaqsız vəziyyətdə olan Ənvər İsbəndarov barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3090
avatar

Mehman Nəbiyev

Oxşar yazılar