Axtarışda olan 55, cinayət törədən 48 nəfər tutuldu -  KRİMİNAL XRONİKA
06 oktyabr 2022 11:24 (UTC +04:00)

Axtarışda olan 55, cinayət törədən 48 nəfər tutuldu - KRİMİNAL XRONİKA

Oktyabrın 5-də ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.  

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 62, o cümlədən borclu şəxs qismində axtarışda olan 55 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.   

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

# 2838
avatar

Sevinc Fərid

Oxşar yazılar