Axtarışa verilən 100-ə yaxın adam TUTULDU - KRİMİNAL XRONİKA
25 may 2022 11:38 (UTC +04:00)

Axtarışa verilən 100-ə yaxın adam TUTULDU - KRİMİNAL XRONİKA

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilən 60 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə, ümumilikdə 96 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.

# 2298
avatar

Mehman Nəbiyev

Oxşar yazılar