Avtobusda qadına qarşı CİBGİRLİK
25 dekabr 2021 11:28 (UTC +04:00)

Avtobusda qadına qarşı CİBGİRLİK

Bakıda avtobusda oğurluq hadisəsi olub.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, dekabrın 21-də Badamdar qəsəbəsi ərazisində xətt avtobusunda paytaxt sakini A.Şıxıyevanın çantasından içərisində 470 manatı olan pulqabısı oğurlanıb.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini R.Əsgərov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

# 1545
avatar

Mehman Nəbiyev

Oxşar yazılar