Avtobusda cibgirlik edən qadın  tutuldu
15 dekabr 2023 11:20 (UTC +04:00)

Avtobusda cibgirlik edən qadın tutuldu

Abşeronda marşrut avtobusunda oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, rayon Polis İdarəsinə Mehdiabad qəsəbəsi ərazisində marşrut avtobusunda bir nəfərin içərisində bank kartı və sənədi olan pulqabısının, həmin bank kartından isə hesabındakı 310 manatının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Cəlilabad rayon sakini olan qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3983

Oxşar yazılar