Arvadını və onları aralamaq istəyəni bıçaqladı
24 dekabr 2022 12:51 (UTC +04:00)

Arvadını və onları aralamaq istəyəni bıçaqladı

Gəncədə bıçaqlanma hadisəsi olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə şəhər sakinləri 55 yaşlı Rəsmiyyə Bəndəliyevanın sol qolun diz nahiyyəsinin kəsilmiş yarası və 60 yaşlı Məhəmməd Musayevin sol çiyin nahiyəsinin kəsilmiş yarası alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən R. Bəndəliyevanın keçmiş həyat yoldaşı,56 yaşlı German Qocayev saxlanılıb. İlkin araşdırmalar zamanı məlum olub ki, G. Qocayev şəxsi münasibətlər zəmnində R. Bəndəliyeva ilə mübahisə zamanı sonuncuya bıçaqla xəsarət yetirib, daha sonra onları aralamaq istəyən M. Musayevi yaralayıb. Şübhəli şəxs saxlanılaraq istintaqa təqdim edilib.

Faktla bağlı araşdırmalar aparılır.

# 3060
avatar

Oxşar yazılar