Ağdaşda "cibgir"  saxlanıldı
15 fevral 2023 16:05 (UTC +04:00)

Ağdaşda "cibgir" saxlanıldı

Ağdaşda oğurluq edən saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, rayonun Əmirarx kəndi ərazisində Cəlilabad rayon sakini olan bir nəfərin cibindən 945 manat pulu oğurlanıb.

Ağdaş rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bərdə şəhər sakini, əvvəllər məhkum olunmuş A.Zülfüqarova müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

# 3315
avatar

Oxşar yazılar