ABŞ-a təhvil verilən azərbaycanlı kriminal avtoritet kimdir? - DOSYE
22 fevral 2024 16:51 (UTC +04:00)

ABŞ-a təhvil verilən azərbaycanlı kriminal avtoritet kimdir? - DOSYE

Ötən gecə azərbaycanlı kriminal avtoritet Polad Ömərovun Çexiyadan ABŞ-a ekstradisiya edilməsi barədə xəbər vermişdik. 

Lent.az Polad Ömərovla bağlı maraqlı məlumatlar əldə edib. 

Sosial mediada yayılan informasiyalara görə, Polad Ömərov Gürcüstanın Dmanisi rayonunda dünyaya gəlib. Əslən azərbaycanlı olan Polad Ömərov "Lotu Quli" kimi tanınan "qanuni oğru" Nadir Səlifovun ən yaxın adamı olub. 

Polad Ömərovun "Lotu Quli"nin qan qohumu olduğu da iddia edilir. "Lotu Quli"nin qətlindən sonra Poladın onun qardaşı Namik Səlifovla yaxınlaşdığı bildirilir. Polad Qulinin qətlində əli olan hər kəsi cəzalandıracağına dair söz veribmiş.

Polad Ömərovun cinayət dosyesi çox “zəngindir”.  O, iki nəfərin oğurlanması və qətlə yetirilməsinə görə Ukrayna tərəfindən beynəlxalq axtarışa verilib. Və bu, onun ukraynalı qurbanlarının tam siyahısı deyil. O, Qazaxıstan,  Çexiya və Bolqarıstan hüquq-mühafizə orqanlarının axtardığı şəxslər siyahısında olub. Polad Ömərov “qanuni oğru” adı almayıb.

2022-ci ildə ABŞ Polad Ömərovu iranlı jurnalist və hüquq müdafiəçisi Məsih Əlinejada sui-qəsddə ittiham edərək barəsində İnterpol xətti ilə axtarış elan edib.

Polad Ömərov 2023-cü ilin yanvarında Çexiyada həbs edilib. 

Praqa şəhər məhkəməsi ötən ilin mayında Ömərovun ABŞ-a, o cümlədən onu cinayət törətməkdə ittiham edən Gürcüstan və Qazaxıstana da ekstradisiya oluna biləcəyinə dair qərar çıxarıb.

Çexiya mediası bir müddət əvvəl Polad Ömərovun Rusiya və Ukraynadakı azərbaycanlı icmaları sıxışdıran mütəşəkkil cinayətkar qrupa rəhbərlik etdiyini yazıb.

Bu il Çexiya kriminal avtoritet Polad Ömərovu ABŞ-a ekstradisiya edib.

# 6273
avatar

Oxşar yazılar