50 manata görə gənci ürəyindən bıçaqlamışdı... -  FOTO
02 aprel 2021 09:44 (UTC +04:00)

50 manata görə gənci ürəyindən bıçaqlamışdı... - FOTO

Bakıda gənci 50 manat borc üstündə ürəyindən bıçaqlayan İmran Cərullayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rahib Salmanovun icraatına verilib.

Qeyd edək ki, 2020-ci il sentyabrın 17-də Bakının Suraxanı rayonu Bülbülə qəsəbəsində ürəyindən ağır bıçaq xəsarəti alan paytaxt sakini 26 yaşlı İsayev Orxan Elçin oğlu qaynının avtomobili ilə 3 saylı şəhər xəstəxanasına gətirilib. 

Həkimlərin müdaxiləsinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb. 

Dərhal araşdırmalara başlayan Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları qətli törətməkdə şübhəli bilinən 20 yaşlı Cərullayev İmran Rasim oğlunun yerini müəyyən edərək saxlayıblar. 

İlkin məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən İmran Cərullayevin Orxan Musayevə 50 manat borcu olub. Hadisənin də məhz bu səbəbdən baş verdiyi bildirilir. 

# 1392
avatar

Mehman Nəbiyev

Oxşar yazılar