400 manata görə qohumunu ÖLDÜRDÜ  -YENİLƏNİB
02 noyabr 2024 20:38 (UTC +04:00)

400 manata görə qohumunu ÖLDÜRDÜ -YENİLƏNİB

Gəncədə 44 yaşlı kişinin qətlə yetirilməsinin bəzi detalları məlum olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, qətlə yetirilən 1971-ci il təvəllüdlü Şəmistan Süleymanov şəhərin Totanlı küçəsində fəhlə işləyən qohumu Nəsimi Mustafayevin yanına gələrək borcunu istəyib.

Onların arasında dava baş verib. Mübahisə zamanı Mustafayev Süleymanova kəsici alətlə bir neçə zərbə endirib.

Ş. Süleymanov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Totanlı küçəsi, 6-cı döngə, ev 13 də (yeni məhlələr) adlanan ərazidə qeydə alınan hadisənin 400 manat borc üstündə baş verdiyi bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.



***
17:44

Gəncədə qətl hadisəsi baş verib.

Lent.az xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsinə Daşkəsən rayon sakini 44 yaşlı Şəmistan Süleymanovun kəsici-deşici alətlə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər keçirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 53 yaşlı Nəsimi Mustafayev saxlanılıb.

Faktla bağlı prokurorluqda araşdırma aparılır./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5640
avatar

Oxşar yazılar