3 evdən külli miqdarda oğurluq etdi
10 fevral 2021 13:55 (UTC +04:00)

3 evdən külli miqdarda oğurluq etdi

Bakıda evlərdən oğurluq edən şəxs saxlanılıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş T.Mirələmovun ətrafında Xəzər rayon Polis İdarəsi 3-cü Polis Bölməsinin əməkdaşları əməliyyat tədbirləri aparıb. Nəticədə onun rayon ərazisindəki 3 evdən ümumilikdə 6000 manat dəyərində məişət əşyaları və inşaat materialları oğurlaması da müəyyən edilib.

# 1689
avatar

Mehman Nəbiyev

Oxşar yazılar