Yaroslavl vilayətində 15 yaşlı qız 41 yaşlı kişini öldürüb.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, hadisə iyunun 2-nə keçən gecə Qonçarov küçəsindəki mənzillərdən birində baş verib. Ev sakinləri yeniyetmələrin ad gününü qeyd etdiyi mənzildə səs-küydən şikayətləniblər. Bu zəmində 41 yaşlı kişi ilə 15 yaşlı qız arasında baş verən münaqişə nəticəsində qız kişini bıçaqlayıb.
Qız Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi ilə ittiham olunub. Onun barəsində həbs qətimkan tədbiri seçilib.