13 gün sonra tapılan meyit - Bakıda DƏHŞƏTLİ QƏTL
17 may 2022 09:25 (UTC +04:00)

13 gün sonra tapılan meyit - Bakıda DƏHŞƏTLİ QƏTL

Bir neçə gün əvvəl paytaxtın Nərimanov rayonunda 36 yaşlı Şamil Əliyevin meyitinin tapılması barədə xəbər vermişdik.

Lent.az-ın əldə etdiyi məlumata görə, Ş. Əliyevin meyiti aşkarlanan zaman onun üzərində zorakılıq əlamətləri olub. Buna görə də onun qətlə yetirildiyi versiyası ortaya çıxıb.

Polis və prokurorluq əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qətl hadisəsini 33 yaşlı Emil Ağayevin aprelin 23-də törətdiyi müəyyənləşib. O, saxlanılaraq, istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, Ş. Əliyevin meyiti mayın 6-da yaşadığı evdən tapılıb.

# 5823
avatar

Mehman Nəbiyev

Oxşar yazılar