Ötən ay nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,7 faiz, sərnişindaşıma tarifləri isə 0,2 faiz ucuzlaşıb. Bu barədə Lent.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 1 faiz, digər xarici ölkələr üzrə 7,5 faiz ucuzlaşma müşahidə olunub.
MDB ölkələrinə dəmir yolu nəqliyyatında sərnişindaşıma tarifləri 11,3 faiz ucuzlaşıb, dəniz nəqliyyatında isə yükdaşıma tarifləri 4 faiz bahalaşıb.
Avtomobil nəqliyyatında yükdaşıma tarifləri üzrə 4 faiz ucuzlaşma müşahidə olunub.