Sankt-Peterburq - Qəbələ aviareysi açılır
07 avqust 2013 16:16 (UTC +04:00)

Sankt-Peterburq - Qəbələ aviareysi açılır

Rusiyanın «VIM-Avia» şirkəti Sankt-Peterburq - Qəbələ aviareysi üzrə birbaşa uçuşlara başlayır. Bu barədə «APA-Economics»ə «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.


 

Onun sözlərinə görə, Sankt-Peterburq - Qəbələ aviareysi üzrə ilk uçuş avqustun 22-də yerinə yetiriləcək və təyyarə Qəbələ hava limanına saat 12:00-da enəcək. Elə həmin gün təyyarə Qəbələ - Sankt-Peterburq istiqamətində havaya qalxacaq: «Bu, Qəbələ aeroportuna sayca ikinci beynəlxalq aviareysdir. Belə ki, artıq Qəbələdən Moskva şəhərinə birbaşa uçuşlar yerinə yetirilir».

 

Qeyd edək ki, hazırda Azərbaycanın bölgələrində yerləşən hava limanlarından bir sıra beynəlxalq aviareyslər üzrə uçuşlar həyata keçirilir. Belə ki, Naxçıvandan İstanbul və Moskva («Vnukovo» aeroportuna), Gəncədən İstanbul, Novosibirsk, Sankt-Peterburq və Moskva («Vnukovo» və «Domodedovo» aeroportlarına), Lənkərandan isə Surqut, Moskva («Domodedovo» aeroportuna) və Sankt-Peterburq şəhərlərinə birbaşa uçuşlar yerinə yetirilir.


 

 

# 1047
avatar

Oxşar yazılar