Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Rusiyaya ixrac etdiyi qazın nəqli ilə bağlı açıqlama yayıb. Qurumdan Lent.az-a verilən məlumata görə, Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsi və inkişafına dair Dövlət Proqramına (2006-2015-ci illər) əsasən Qəndob-Xaçmaz-Yalama-Rusiya sərhədi avtomobil yolunun tikintisi həyata keçirilir. İşçi layihəsinə əsasən, avtomobil yolunun 133,8 kilometrliyində, 135,935 kilometrliyində, 137,278 kilometrliyində, 178,490 kilometrliyində (sol qol ilə 2 kəsişmə), 178,860 kilometrliyində, 178,9 kilometrliyində, ümumilikdə 7 yerdə 1220 millimetrlik Mozdok-Qazıməmməd magistral qaz kəməri ilə kəsişdiyi nəzərə alınaraq, müvafiq normativ sənədlərin tələblərinə və texniki şərtlərə əsasən kəsişmələrin layihə həlləri hazırlanıb. Tikinti işləri ”Azərinşaatservis” MMC tərəfindən aparılır: “Layihənin dövlət əhəmiyyətli olmasını əsas götürərək kəsişmələrdə tikinti işlərinin aparılmasına təhlükəsiz şərait yaradılması məqsədi ilə Mozdok-Qazıməmməd magistral qaz kəmərində texnoloji rejimlər dəyişdirilib, işçi təzyiq 12 atmosferə salınıb. Bu səbəbdən Rusiyaya qazın nəqli müvəqqəti dayandırılıb. Kəsişmələrdə tikinti işlərinin aparılması ilə əlaqədar olaraq həmçinin Mozdok-Qazıməmməd magistral qaz kəmərində 206-cı və 287-ci kilometrlərdə aşkar edilmiş sızmaların ləğvi edilməsi üçün işlərə başlanılıb. Bu məqsədlə təmir işləri ARDNŞ-in «Qaz İxrac» İdarəsi tərəfindən aparılır”.

Oxşar yazılar

Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17