Nəqliyyat Nazirliyi yeni idarələr yaradır
13 iyun 2014 15:11 (UTC +04:00)

Nəqliyyat Nazirliyi yeni idarələr yaradır

Nəqliyyat Nazirliyində regionlar üzrə yeni idarələr yaradılır. Bu barədə Lent.az Nəqliyyat Nazirliyindən məlumat əldə edib. Yeni yaradılan regional idarələr yükdaşımaların təşkili (yük daşıyan maşınlara nəzarət funksiyası daşıyacaq) ilə bağlı olacaq. Məlumatda qeyd olunur ki, bundan öncə də belə bir qurum mövcud olub: “Artıq həmin qurum ləğv edilərək, əvəzində eyni funksiyanı daşıyacaq regional idarələr yaradılır”. Həmin idarələr Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində yaradılacaq.

 

İdarələrin artıq iyulun 1-dən fəaliyyətə başlayacağı deyilir. 

 

Qeyd edək ki, dünən Nəqliyyat Nazirliyinin Yükdaşımaların Təşkili İdarəsinin ləğv edilməsi ilə bağlı xəbər vermişdik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1608

Oxşar yazılar