Azərbaycandakı vergi ödəyicilərinin sayı açıqlandı
12 iyun 2014 17:17 (UTC +04:00)

Azərbaycandakı vergi ödəyicilərinin sayı açıqlandı

2014-cü ilin yanvar-may aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 3 milyard 121 milyon 703,4 min manat təşkil edib. Bu barədə Lent.az-a  nazirliyin Analitik-informasiya şöbəsindən məlumat verilib. 

Bu məbləğin 35,6 faizi mənfəət vergisinin, 26,9 faizi əlavə dəyər vergisinin, 12,2 faizi fiziki şəxslərin gəlir vergisinin, 10,1 faizi aksizlərin, 15,2 faizi isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 1 milyard 717 milyon 678,7 min manat vəsait daxil olub.

Yanvar-may aylarında respublika üzrə 37 min 191 vergi ödəyicisi qeydiyyata alınıb, 1 iyun 2014-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 570141-ə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 871

Oxşar yazılar