Uzun müddətdir tikintisi aparılan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi bu il istifadəyə veriləcək. Bununla yanaşı gələcəkdə sözügedən dəmir yolunun Naxçıvana birləşdirilməsi də nəzərdə tutulur. Lent.az-ın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun TTV-yə müsahibəsində bildirib. Səfir layihənin gecikməsinin səbəblərini də açıqlayıb. Bu il istifadəyə veriləcək Bakı-Tbilisi-Qars layihəsinin tikintisi plana uyğun davam etdirilir. Bir müddət əvvəl layihənin Gürcüstan hissəsində gecikmə yaransa da hazırda tikintinin aparılmasında heç bir maneə yoxdur. Bunu Türkiyənin Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun deyir. Onun sözlərinə görə, layihə hər üç ölkə hökumətinin diqqətindədir. Gələcəkdə Bakı-Tbilisi-Qarsa dəmir yolu xəttinin Naxçıvanla birləşdiriləcəyini deyən Türkiyəli diplomat hesab edir ki, bu addımın Naxçıvan iqtisadiyyatına çox böyük köməyi olacaq. İsmail Alper Coşkunun sözlərinə görə, bu layihə ilə hər üç ölkə loqistik mərkəzə çevriləcək. Xatırladaq ki, 2007-ci ildə Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisinin təməli qoyulub və hər üç ölkənin prezidentlərinin iştirakı ilə Gürcüstanın Marabda stansiyasında açılış mərasimi keçirilib. Qeyd edək ki, bu layihə Azərbaycan dəmir yollarını Avropa ilə birləşdirəcək və şərqdən-qərbə yük daşınmalarında əhəmiyyətli mövqeyə malik olacaq.

Oxşar yazılar

“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08