Trampın qərarı “Bitcoin”in qiymətini artırdı - 106 min dollar
17 dekabr 2024 04:46 (UTC +04:00)

Trampın qərarı “Bitcoin”in qiymətini artırdı - 106 min dollar

ABŞ Prezidenti Donald Trampın “Bitcoin” üçün strateji ehtiyat planlarını açıqlaması ilə “Bitcoin”in qiymətləri tarixi rekord qıraraq 106.000 dolları keçdi.

Lent.az xəbər verir ki, kriptovalyuta bazarlarına həvəs yaradan bu hadisə Trampın kriptovalyuta ilə bağlı siyasətlərinə inamı artırdı.

Bazar analitikləri bu xəbərlə yeni hədəflərin izlənəcəyini bildirirlər.

ABŞ-ın yeni prezidenti Donald Trampın “Bitcoin” üçün strateji ehtiyat yaratmaq planını açıqlamasından sonra kriptovalyutaların qabaqcıllarından biri olan “Bitcoin”in qiymətində tarixi yüksəliş qeydə aldı.

Bazar ertəsi günü 106 648 dollar səviyyəsinə çatan “Bitcoin”in qiyməti yazının yazıldığı anda 105 225 dollara satılıb.

“Ethereum” 1,5 faiz dəyər qazanaraq 3965 dollara qədər yüksəliş trendinə qoşulub. Daha sonra “Ethereum” 4.000 dolları keçib.

Mütəxəssislərin fikrincə Trampın prezidentliyi dövründə ABŞ-ı kriptovalyuta sahəsində lider ölkəyə çevirmək məqsədi Çinin bu sahədə təsirini məhdudlaşdırmaq strategiyasının bir hissəsi hesab olunur.

Hazırda ABŞ-ın 20 milyard dollar dəyərində təxminən 200.000 “Bitcoin” ehtiyatı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1116
avatar

Oxşar yazılar