Sahibkarlarla növbəti görüş Binəqədi rayonunda olacaq
11 may 2022 12:05 (UTC +04:00)

Sahibkarlarla növbəti görüş Binəqədi rayonunda olacaq

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. Birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Binəqədi rayonunda təşkil olunacaq.

Lent.az xəbər verir ki, "Azəriqaz" ın rəhbər şəxsləri Binəqədi rayonu, M.Ə Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi 8 (Ramiz Aboyev Parkı) ünvanında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

 “Səyyar qəbul otağı” mayın 12-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

# 1407
avatar

Oxşar yazılar