Sabah bu şəhər və rayonlarda qaz kəsiləcək
15 aprel 2024 21:50 (UTC +04:00)

Sabah bu şəhər və rayonlarda qaz kəsiləcək

Sabah Beyləqan, Siyəzən, Xızı, Göygöl rayonlarının və Sumqayıt şəhərinin sakinlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Azəriqaz"dan Lent.az-a verilən məlumata görə, 16.04.2024-cü il tarixdə saat 10:00-dan “Allahyarlı” ölçü qovşağından qidalanan Şahsevən kəndi istiqamətində gedən orta təzyiqli qaz xətti üzərində siyirtmənin quraşdırılması, qaynaq işləri aparılan müddətdə sərfölçmə cihazının şəbəkədən ayrılması, saat 10:00-dan “Sumqayıt-Yaşma” yüksək təzyiqli qaz xəttində və saat 09:00-dan "Göygöl əhali” ölçü qovşağından qidalanan qaz xəttində aşkar olunmuş sızmaların ləğv edilməsi məqsədilə qaz təchizatının dayandırılması planlaşdırılır.

Məlumata görə, təmir-quraşdırma işləri aparılan zaman Beylaqan rayonunun (11 kəndi və 7 qəsəbəsi), Siyəzən rayonunun (Siyəzənkənd, Cəndəhar, Zarat, kəndləri), Xızı rayonunun (Sitalçay, Yaşma və Yeni Yaşma kəndləri), Göygöl rayonunun (Göygöl şəhərini və rayonun 23 kəndi) və Sumqayıt şəhərinin (H.Z.Tağıyev qəsəbəsi və Yaşma bağları) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

# 2376
avatar

Oxşar yazılar