Naxçıvan üçün dotasiya  30 milyondan çox   azalacaq
22 noyabr 2022 18:58 (UTC +04:00)

Naxçıvan üçün dotasiya 30 milyondan çox azalacaq

“Ləğv olunmuş Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin saxlanması üçün dövlət büdcəsindən ayrılmış 11,1 milyon manat dotasiya çıxıldıqdan sonra gələn il Muxtar Respublikanın büdcə xərcləri 653,3 milyon manat təşkil edəcək”.

Lent.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında maliyyə nazirinin müavini Azər Bayramov bildirib.

Azər Bayramov deyib ki, Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirlərinin 449,8 milyon manatı dövlət büdcəsindən ayrılan dotasiya, 185 milyon manatı Muxtar Respublikanın öz gəlirləri hesabına formalaşacaq”.

Qeyd edək ki, layihənin ilkin variantında dövlət büdcəsindən 480 881 000 manat vəsaitin Naxçıvan Muxtar Respublikasının büdcəsinə dotasiya üçün ayrılacağı proqnozlaşdırılırdı. Layihənin ikinci oxunuş üçün təqdim edilən variantına əsasən, 2023-cü ilin dövlət büdcəsinin layihəsində Naxçıvan Muxtar Respublikasının büdcəsi üçün nəzərdə tutulmuş dotasiya 31,1 mln manat azaldılır.

# 2199
avatar

Oxşar yazılar