Bu gün Bakının 4 rayonunda  qaz kəsiləcək
17 iyul 2024 09:03 (UTC +04:00)

Bu gün Bakının 4 rayonunda qaz kəsiləcək

Paytaxtın Yasamal, Suraxanı, Xəzər və Binəqədi rayonları ərazisində aparılacaq təmir-bərpa, həmçinin quraşdırma işləri ilə əlaqədar 17.07.2024-cü il saat 10:00-dan etibarən işlər başa çatanadək qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır.

“Azəriqaz”dan Lent.az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun (Ə.Ələkbərov, A.Sultanova, M.Rahim, K.Kazımzadə, S.Dağlı, İ.Qurtqaşınlı, Ə.Xanbabayev, H.Soltanov, L.İmanov, B.Vahabzadə küçələrində və Hüseyn Cavid prospekti), Suraxanı rayonunun (A.Rzayev, Ş.Məhərrəmov, X.Ələkbərov küçələrində və Mədən əraziləri), Xəzər rayonunun (Stansiya Qala yaşayış massivi, Daxili Qoşunların ətraf hissəsi) və Binəqədi rayonunun (DSK yolu, Binəqədi qəsəbəsi 1-ci Mədən, ATV və 5056/68 məhəllə, Biləcəri qəsəbəsinin Məlik Aslanov küçəsi) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 993
avatar

Oxşar yazılar