Bakı metrosunda NASAZLIQ  - Sərnişinlər düşürüldü
12 dekabr 2024 10:33 (UTC +04:00)

Bakı metrosunda NASAZLIQ - Sərnişinlər düşürüldü

Bakı metrosunda nasazlıq yaranıb.

Lent.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat yayıb.

O bildirib ki, "Dərnəgül-Bakmil" istiqamətində hərəkət edən qatarın vaqonlarından birinin qapısının bağlanmasında nasazlıq ehtimalı olduğuna görə sərnişinlər düşürülüb:

"Qrafikə uyğun olaraq "Bakmil" stansiyasından "Nərimanov" elektrik deposuna hərəkət etməli olan qatara texniki baxışın depo şəraitində keçirilməsi qərarı verilib".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3826

Oxşar yazılar