"Azəriqaz”ın “Açıq mikrofon” aksiyası davam edir
29 may 2023 12:31 (UTC +04:00)

"Azəriqaz”ın “Açıq mikrofon” aksiyası davam edir

Növbəti həftə (30.05.2023 və 01-02.06.2023 tarixləri) daha 3 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyası keçiriləcək.

Lent.az xəbər verir ki, aksiya həftənin 2-ci günü saat 11:00-dan 12:00-dək Xaçmaz rayonunda (Zəfər Parkı), 4-cü günü saat 12:00-dan 13:00-dək Siyəzən rayonunda  (Mərkəzi Kitabxananın qarşısı), 5-ci günü saat 11:00-dan 12:00-dək isə Quba rayonunda (Gənclər Parkı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

# 1497
avatar

Fidan İlqar

Oxşar yazılar