SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.
Lent.az xəbər verir ki, iyulun 14-ü saat 11:00-da növbəti aksiya Xəzər rayonunda (Mərdəkan qəsəbəsi, Veteranlar Parkı), 15 iyul saat 11:00-da isə Abşeron rayonunda (Xırdalan şəhəri, Heydər Əliyev Parkı) baş tutacaq.
Vətəndaşlar həmin ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.