"Azəriqaz" Mingəçevirdə vətəndaş qəbulu  keçirib
05 dekabr 2022 16:31 (UTC +04:00)

"Azəriqaz" Mingəçevirdə vətəndaş qəbulu keçirib

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Mingəçevir şəhərində vətəndaş qəbulu keçirib.

Lent.az xəbər verir ki, görüşdə Mingəçevir və Yevlax sakinlərinin müraciətləri dinlənilib. Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılaraq bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciətlər isə qeydə alınıb və qanunvericiliyin tələblərinə uyğun icra olunması istiqamətində göstəriş verilib. Qəbula gələn vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına və SOCAR rəhbərliyinə təşəkkür ediblər.

# 1392
avatar

Sevinc Fərid

Oxşar yazılar