Azərbaycanda ət ucuzlaşır? - Ekspert AÇIQLADI
07 iyul 2022 16:47 (UTC +04:00)

Azərbaycanda ət ucuzlaşır? - Ekspert AÇIQLADI

Son zamanlar Azərbaycanda ət və ət məhsullarının həm ucuzlaşacağı, həm də bahalaşacağı barədə şayiələr dolaşır. Bəzi fermerlər ətlik heyvanların qidalanmasına sərf olunan məbləğin çox olması səbəbindən qiymətlərin bahalaşmasını gözləyirlər.

Ancaq bir müddət əvvəl baş nazir Əli Əsədov  “Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması qaydası”nda dəyişikliklər edilməsi barədə qərar imzlayıb. Dəyişikliyə əsasən, heyvanların identikləşdirilməsi fəaliyyəti sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi ilə yanaşı vahid sənədləşmənin tətbiq edilməsi, heyvan sahiblərinin identikləşdirilmə üçün bir heyvan üçün tələb olunan xərclərinin azaldılması təmin edilb. Məhz buna görə də, ölkədə ətin qiymətinin ucuzlaşacağı barədə iddialar meydana gəlib.

Görəsən, həm bahalaşma, həm də ucuzlaşma ilə bağlı yayılan iddialar nə dərəcədə həqiqətə uyğundur?

İqtisadçı ekspert Pərviz Heydərov Lent.az-a bildirib ki, hazırki dövrdə nəinki ətin, heç bir məhsulun ucuzlaşması gözlənilmir:

“Ucuzlaşmadan heç bir söhbət gedə bilməz. Enerji daşıyıcılarının qiymətləri nə qədər ki, yüksəkdir bazarda ucuzlaşmadan danışmağa dəyməz. Bundan əlavə, iqtisadi vəziyyət dünya ölkələrində də qənaətbəxş deyil. Rusiya-Ukrayna müharibəsi səbəbindən hər bir ölkədə istehsal dalana dirənib. Rusiyaya qarşı edilən sanksiyalar da digər inkişaf etmiş ölkələrin iqtisadiyyatında mənfi tendensiyalar yaradıb. Əgər bu müharibə davam edəcəksə, dünya iqtisadiyyatında sabitliyin yaranacağını güman etmək olmaz.

Bu müharibə bitsə belə, Rusiyaya qarşı qoyulan sanksiyalara görə iqtisadiyyat birdən-birə dirçəlməyəcək. Buna görə də üzü payıza doğru məhsulların qiymətində mövcud bahalaşmanın daha da geniş vüsət alacağı və bəzi məhsulların təminatı ilə bağlı problemlər yaranacağı gözlənilir”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2919
avatar

Mehman Nəbiyev

Oxşar yazılar