Almatı şəhərinə reyslər ləğv edildi - AZAL
05 yanvar 2022 19:40 (UTC +04:00)

Almatı şəhərinə reyslər ləğv edildi - AZAL

AZAL Almatı şəhərinə həyata keçirilən reysləri ləğv edir.

Lent.az-ın məlumatına görə, bu barədə "Azərbaycan Hava Yolları QSC"-nin Mətbuat Xidmətinin mılumatında bildirilib.

Qeyd edilib ki, bu qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilmişdir.

Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və ya pulsuz yenidən rezervasiya təklif olunacaq.

Bakı-Almatı üzrə reyslər aviaşirkət tərəfindən həftənin cümə günləri, Almatı-Bakı reysi isə şənbə günləri həyata keçirilirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1941

Oxşar yazılar