ABB Tech Akademiyası bu agentliklə birgə mobil tərtibatçılıq üzrə yeni proqramlar elan edir ®
26 sentyabr 2022 15:45 (UTC +04:00)

ABB Tech Akademiyası bu agentliklə birgə mobil tərtibatçılıq üzrə yeni proqramlar elan edir®

ABB-nin yaratdığı ABB Tech Akademiyası və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ‘’Technest’’ təqaüd proqramı çərçivəsində mobil tərtibatçılıq istiqaməti üzrə yeni proqramlara qeydiyyatın başlandığını elan edir. Proqramlardan 2-si müvafiq sahədə işə yeni başlayanlar üçün nəzərdə tutulmuş “iOS development fundamentals” və  “Android development fundamentals” istiqamətlərinə aiddir. Digər 2 proqram isə “iOS development advanced” və “Android development advanced” istiqamətlərini əhatə edir. Müvafiq istiqamətlər üzrə Akademiyada təhsil almaq istəyən şəxslər elektron müraciətlərini buradan göndərə bilərlər. Son müraciət tarixi 16 oktyabra qədərdir.

ABB Tech Akademiyasında indiyə qədər 17 istiqamət üzrə ümumilikdə 500-dən çox tələbə təhsil alıb. Məzunların təxminən 80%-i Azərbaycanın aparıcı şirkətlərində, eləcə də ölkə xaricində müxtəlif texnoloji şirkətlərdə işlə təmin olunublar. Proqrama İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, bp və onun tərəfdaşları dəstək verir. Yüksək nəticə göstərmiş tələbələrə tam və qismən təqaüd qazanmaq imkanı yaradılır.

Tədrisi beynəlxalq təcrübəli mütəxəssislər ən qabaqcıl tədris metodikası əsasında həyata keçirir. ABB Tech Akademiyasında verilən təhsil tələbələrə ixtisas bilikləri qazandırmaqla yanaşı, onların fərdi inkişafına, təqdimat və layihələrini inkişaf etdirmək bacarıqlarının təkmilləşdirilməsinə də təkan verir.

“Technest” təqaüd proqramı 2021-ci ilin sentyabrından etibarən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən ölkədə İKT üzrə peşəkar kadr ehtiyatının formalaşdırılması, İKT kadr bankının yaradılması və rəqəmsal savadlılığın artırılması məqsədilə həyata keçirilir. Hazırda 800 gənc ‘’Technest’’ təqaüd proqramının məzunudur. 2022-2023-cü tədris ilində Bakı şəhəri və regionlar əhatə olunmaqla daha 2000 gəncin təqaüd proqramı çərçivəsində təhsil alması planlaşdırılır.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 

# 2796
avatar

Oxşar yazılar