4-cü “Rəqəmsal Jurnalistikaya doğru” proqramına start verilir®
04 oktyabr 2022 15:11 (UTC +04:00)

4-cü “Rəqəmsal Jurnalistikaya doğru” proqramına start verilir®

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı və ABB-nin sponsorluğu ilə 4-cü “Rəqəmsal Jurnalistikaya doğru” proqramına start verilir.

Proqramda İKT, elektron xidmətlər və rəqəmsal həllər sahəsində öz biliklərini artırmaq istəyən jurnalistlər, media nümayəndələri və cəmiyyətin maarifləndirilməsinə töhfə vermək istəyən blogerlər iştirak edə bilərlər.

“Rəqəmsal Jurnalistikaya doğru” proqramının əsas məqsədi kütləvi informasiya vasitələri nümayəndələrinin rəqəmsal həllər, elektron xidmətlər və rəqəmsal sahədə digər mövzular haqqında bilgilərini artırmaq, onların dəstəyi ilə cəmiyyətin, vətəndaşların maariflənməsinə töhfə verməkdir.

Yeniliklərikəşfet devizi altında keçirilən “Rəqəmsal Jurnalistikaya doğru” proqramı iki mərhələdən ibarətdir:

- Birinci mərhələdə seçilmiş iştirakçılar üçün xüsusi proqram üzrə təlimlər keçiriləcək. Təlimlər 24-28 oktyabr tarixində, həftəiçi 5 gün, saat 10.00 – 13.00 aralığında həyata keçiriləcək. Təlimlərdə jurnalistika və İKT sahəsində son trendlər, elektron dövlət layihələri və rəqəmsal həllər, informasiya təhlükəsizliyi, süni intellekt, blogerlik fəaliyyəti, sosial media, startaplar və digər mövzular yer alacaq.

- Proqramın ikinci mərhələsində isə təlimləri uğurla bitirmiş iştirakçılar arasında yazı müsabiqəsi keçiriləcək. Bu hissədə iştirakçılar onlara təqdim olunan mövzular arasından seçim edərək araşdırma və maarifləndirici xarakterli məqalələr hazırlayacaqlar.

Müsabiqə iştirakçılarının yazılarını Münsiflər Heyəti qiymətləndirəcək. İlk üç yerin qalibinə pul mükafatı veriləcək.

Mükafat fondu 2200 AZN olan müsabiqədə I yerin qalibi – 1000 AZN, II yerin qalibi – 700 AZN, III yerin qalibi isə 500 AZN məbləğində pul mükafatı alacaq.

Proqramı müvəffəqiyyətlə başa vuran iştirakçılar Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən xüsusi sertifikatla da təltif olunacaqlar.

Proqrama son müraciət tarixi 15 oktyabr 2022-ci ildir.

Müraciət linki: https://forms.gle/9v1CzKn9BgEetSaA6

Layihə ilə bağlı ətraflı məlumat əldə etmək üçün:

https://www.digital.gov.az/digitalazerbaijan/webinars/5/reqemsal-jurnalistikaya-dogru-proqrami-4

Əlavə suallar üçün [email protected]

İndiyədək sayca 3 “Rəqəmsal Jurnalistikaya doğru” proqramı keçirilib. Layihə çərçivəsində 100-dən çox media nümayəndəsinə təlimlər verilib, sertifikatlar təqdim edilib.

Proqramın media tərəfdaşı “ASAN Radio”dur.

Rəqəmsal sahədə bizimlə inkişaf edin!

# 768
avatar

Oxşar yazılar

Dünyanın ən çox  qızıl ehtiyatı   olan ölkələri - SİYAHI

Dünyanın ən çox qızıl ehtiyatı olan ölkələri - SİYAHI

6 dekabr 2022 , 19:12
Quba sakinlərindən "Azəriqaz"a MÜRACİƏT

Quba sakinlərindən "Azəriqaz"a MÜRACİƏT

6 dekabr 2022 , 17:13
"Kapital Bank"ın Baş direktoru: "2020-2023-də əsas hədəflərimizdən biri bazardakı birinciliyi qorumaq idi" ®

"Kapital Bank"ın Baş direktoru: "2020-2023-də əsas hədəflərimizdən biri bazardakı birinciliyi qorumaq idi" ®

6 dekabr 2022 , 12:08
Veteranların müraciətinə "Azəriqaz"dan  REAKSİYA

Veteranların müraciətinə "Azəriqaz"dan REAKSİYA

6 dekabr 2022 , 11:30
"Azəriqaz" Mingəçevirdə vətəndaş qəbulu  keçirib

"Azəriqaz" Mingəçevirdə vətəndaş qəbulu keçirib

5 dekabr 2022 , 16:31
Azərbaycandan “OPEC plus”un qərarına-MÜNASİBƏT

Azərbaycandan “OPEC plus”un qərarına-MÜNASİBƏT

4 dekabr 2022 , 17:47
Lokal dayanmalarla bağlı sosial şəbəkələrdəki reaksiyalara cavab: “Azəriqaz” qışa tam hazırdır!” -  VİDEO

Lokal dayanmalarla bağlı sosial şəbəkələrdəki reaksiyalara cavab: “Azəriqaz” qışa tam hazırdır!” - VİDEO

2 dekabr 2022 , 19:48
“The Banker” ABB-ni "İlin bankı” elan etdi®

“The Banker” ABB-ni "İlin bankı” elan etdi®

2 dekabr 2022 , 18:57