Bakı buxtasında “gəmi meyitxanası” yaradılıb
Dənizkənarı Milli Parkın ərazisinin genişləndirilməsi ilə əlaqədar Bakı buxtasından çıxarılan gəmilər Nargin adası sahilində yeni salınan limanda yerləşdirilir. Lent.az-ın məlumatına görə, parkın sahil boyunca Bibiheybət qəsəbəsinədək genişləndirilməsi çərçivəsində bir sıra gəmi təmiri zavodları artıq sökülüb. Ərazidəki gəmilər isə yedəyə qoşularaq Bakı buxtasında yerləşən Nargin adasına aparılıb.
Lent.az-a verilən məlumatda bildirilir ki, Nargin adasına göndərilən gəmilərin əksəriyyəti burada sökülərək hissələrə parçalanacaq. Müasir tələblərə cavab verməyən bu gəmilər metal qırıntıları kimi istifadə olunacaq. Əvəzinə isə xaricdən yeniləri alınacaq. Artıq xeyli köhnə-yararsız gəmi yeni dayanacağa aparılıb. Həmin gəmilərin üzərində yazılmış adlar silinib. Buxtada yalnız ən böyük gəmi-bərələrdən sayılan “Merkuri 2” gəmisi qalıb. Tezliklə çıxarılması gözlənilən gəminin üzərindəki adı artıq silinib.
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasından isə Lent.az-a bildirilib ki, Bakı buxtasının və ətraf ərazilərin təmizlənməsi ilə əlaqədar tədbirlər planı həyata keçirilir. Plana əsasən, dənizin dibindən batmış gəmi, həmçinin digər metal konstruksiyalar çıxarılıb. Sahildə lövbər salmış gəmilər isə müvafiq yerlərə köçürülüb: “Sahil Mühafizə Xidmətinə məxsus gəmilər Hövsan qəsəbəsi sahilində yeni yaradılmış əraziyə aparılıb. Digər istifadəyə yararlı gəmilər isə Ələt qəsəbəsi və Hövsan qəsəbəsi sahillərinə aparılıb. Hazırda ələt qəsəbəsi ərazisində gəmi limanının tikintisi davam etdirilir. Həmçinin, paytaxtın bir neçə yerində gəmilərin yanaşması üçün körpülər tikilir”.
Qeyd edək ki, köhnə gəmilərdən Bayıl qəsəbəsi ərazisində yerləşən zavodlardan çıxarılarkən dənizə neft sızması hallarına rast gəlinir ki, bu da ərazidə neft qoxusunun yayılmasına səbəb olur. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumatda bildirilir ki, Səbail rayonu ərazisində bəzi vaxtlarda kəskin neft qoxusunun gəlməsi məhz bununla bağlıdır. Lakin yaranan bu kimi problemlər dərhal aradan qaldırılır və ciddi fəsad yaradacaq miqyasda deyil.
Nizam RZA

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28