İqtisadi İnkişaf Nazirliyi “Transqeyt” şirkətinə iş qaldırdı
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti "Transqeyt" MMC-yə məxsus avtobuslarda sərnişindaşıma xidmətlərinin göstərilməsi zamanı qiymətlərin qanunvericiliyə uyğunluğu vəziyyətini yoxlayıb.
Lent.az-ın nazirliyin saytına istinadən xəbərinə görə, Əzizbəyov metrosu - Buzovna qəsəbəsi - Əzizbəyov metrosu istiqaməti üzrə hərəkət edən 7 nömrəli marşrut xəttində sərnişindaşıma fəaliyyəti göstərən "Transqeyt" MMC-yə məxsus avtobuslarda Maştağa və Buzovna qəsəbələrinə gedən və həmin qəsəbələrdən Əzizbəyov metrosuna gələn sərnişinlərdən artıq gediş haqqı alındığı müəyyən edilib.
Belə ki, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərə əsasən gediş haqqı Maştağa qəsəbəsinədək 25 qəpik, Buzovna qəsəbəsinədək 30 qəpik olduğu halda, 7 nömrəli marşrutda Maştağa qəsəbəsinə gedən sərnişinlərdən 30 qəpik, Buzovna qəsəbəsinə gedən sərnişinlərdən isə 40 qəpik gediş haqqı alındığı aşkar edilib.
Qeyd olunanlarla əlaqədar, 7 nömrəli marşrut xəttində sərnişindaşıma fəaliyyəti göstərən "Transqeyt" MMC-yə məxsus avtobuslarda gediş haqlarının mövcud qanunvericiliyin tələblərinə uyğunlaşdırılması ilə bağlı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "Bakı Sərnişin Nəqliyyatı" MMC-yə göstəriş verilib və "Transqeyt" MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Hazırda digər marşrutlarda süni qiymət artımına yol verilib-verilməməsinin müəyyən edilməsi ilə bağlı araşdırmalar aparılır.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28