DəmirBank səhmdarlarının növbədənkənar ümumi yığıncağında xüsusi əqdin bağlanılmasına dair razılıq verilib
Sindikativ kreditin cəlb edilməsi məsələsi 20 aprel 2011-ci il tarixdə DəmirBank-ın səhmdarlarının növbədənkənar ümumi yığıncağında baxılıb. Bankın Səhmdarlarının Ümumi Yığıncağı kreditin cəlb edilməsi üçün müvafiq əqdin bağlanılmasına razılıq verib.
“DəmirBank qazanılmış etibarın nəticəsində beynəlxalq təşkilatlardan maliyyə vəsaitlərinin cəlb edilməsi sahəsində fəaliyyətini uğurla davam etdirir. Sindikativ kredit 1, 3 və 5 illik tranşlardan ibarət olması nəzərdə tutulur. Bununla da DəmirBank 22 illik fəaliyyəti ərzində bu 3-cü sindikativ kredit müqaviləsi olacaq. Vəsait mikro, kiçik və orta həcmli sahibkarlığın maliyyələşdirilməsinə yönəldiləcək”, - deyə bankın İdarə Heyətinin sədri cənab Roman Əmircanov bildirib.
DəmirBank kredit proqramları üzrə 20-dən çox beynəlxalq təşkilatla əməkdaşlıq edir. Bu sırada Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), Qara Dəniz Ticarət və İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, DEG Almaniya İnvestisiya Şirkəti, OFID Beynəlxalq İnkişaf Fondu, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, USAID və digər beynəlxalq təşkilatları qeyd etmək olar.
Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28